"Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək”

"Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək”
DÜNYA
17:01 17.05.2023
220
Rusiya xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində bildirib ki, Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirsəydi, bundan udardı. Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.
 
S. Lavrovun bu bəyanatı ilə bağlı politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a danışıb.
 
Politoloq KTMT missiyası Ermənistanda yerləşsəydi belə, təşkilatın hərbi müşahidəçiləri Avropa İttifaqının müşahidə missiyası kimi təmas xəttindəki toqquşmaların qarşısını ala bilməyəcəklərini söyləyib: "Missiyanın tərkibi kiçik olacağından hərbi müşahidəçilər bütün sərhədboyu yerləşə bilməyəcəkdilər. Erməni hərbçiləri missiyanın arxasından mövqelərimizi atəşəsə tutsaydılar, yenə cavabını alacaqdılar və bu halda Avropa missiyası kimi KTMT missiyasının da faydasız olacağını anlaşılacaqdı. KTMT missiyasının əsasını rusiyalı hərbçilər təşkil edəcəkdilər ki, onlar onsuz da Ermənistandakı hərbi bazada xidmət edirlər, təşkilatda Azərbaycana dost dövlətlərin İrəvanın xeyrinə qərar verəcəkləri şübhə altındadır”.
 
 
 
Siyasi şərhçi qeyd edib ki, Lavrovun KTMT missiyası ilə bağlı sözləri sadəcə Paşinyana müxalif olan qüvvələrə ünvanlanıb ki, baş nazirin qətiyyətsizliyindən ona qarşı istifadə etsinlər: "Nikol Paşinyan KTMT missiyası bir yana qalsın, təşkilatı tərk etmək barədə düşünür. Çünki, Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək”.
 
Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR