Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”

Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”
DÜNYA
13:25 28.08.2026
114
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı 2022-ci ildə Azərbaycanla sərhəddə baş verən qarşıdurmalardan sonra strateji tərəfdaş hesab etmədiklərini bildirib.

AZXEBER.COM xəbər verir ki, İrəvanda keçirilən mətbuat konfransında Paşinyan Rusiya hökumətini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında Rusiyanın niyə strateji tərəfdaş kimi göstərilmədiyinə dair suala cavab verən Paşinyan 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə diqqət çəkib.

"2022-ci ilin sentyabrında baş verən hadisələrdən sonra bunu strateji tərəfdaşlıq adlandıra bilərikmi?” – deyə Paşinyan bildirib.

O, Rusiyanın hökumət proqramında yenidən strateji tərəfdaş kimi qeyd olunması ehtimalına da münasibət bildirib. Paşinyan qeyd edib ki, belə bir ifadə yazılacağı təqdirdə, Rusiyanın və KTMT-nin 2022-ci ilin sentyabrında təhlükəsizlik öhdəliklərini niyə yerinə yetirmədiyi sualı ortaya çıxacaq.

Ermənistan hökumətinin proqramında ölkənin Rusiya ilə münasibətlərini "regionda sülhün bərqərar olması üçün yaranmış yeni şərtlər çərçivəsində” yenidən formalaşdıracağı, eyni zamanda qarşılıqlı faydaya əsaslanan çoxşaxəli əməkdaşlıq üzrə dialoqu davam etdirəcəyi qeyd olunur.

Qeyd edək ki, Rusiya rəsmiləri daha əvvəl bildiriblər ki, təhlükəsizlik öhdəlikləri beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağa şamil edilmirdi və bu öhdəliklər yalnız Ermənistanın öz ərazisini əhatə edirdi.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”
14:14 28.08.2026
CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”
Nigar Fərhad sərbəst buraxıldı
14:12 28.08.2026
Nigar Fərhad sərbəst buraxıldı
Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası
14:09 28.08.2026
Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası
İrandan ABŞ-yə və region ölkələrinə sərt xəbərdarlıq: “Heç kim neft sata bilməyəcək”
14:01 28.08.2026
İrandan ABŞ-yə və region ölkələrinə sərt xəbərdarlıq: “Heç kim neft sata bilməyəcək”
Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”
13:50 28.08.2026
Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”
Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
13:40 28.08.2026
Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
“610 balla kəsilmək, 310 balla qəbul olmaqdan daha böyük uğurdur”-Təhsil eksperti
13:39 28.08.2026
“610 balla kəsilmək, 310 balla qəbul olmaqdan daha böyük uğurdur”-Təhsil eksperti
Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
13:31 28.08.2026
Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”
13:25 28.08.2026
Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”
15 günlük viza ilə Yaponiyaya getdi, 26 il sonra yaxalandı: İnanılmaz hadisə
13:15 28.08.2026
15 günlük viza ilə Yaponiyaya getdi, 26 il sonra yaxalandı: İnanılmaz hadisə
Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
13:12 28.08.2026
Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
Azərbaycan polisi – təhlükəsizliyin və sabitliyin etibarlı təminatçısıdır
12:58 28.08.2026
Azərbaycan polisi – təhlükəsizliyin və sabitliyin etibarlı təminatçısıdır
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
12:41 28.08.2026
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Tələbələrə kirayə evlərlə bağlı xəbərdarlıq: “Beh verməzdən əvvəl bunları yoxlayın”
12:39 28.08.2026
Tələbələrə kirayə evlərlə bağlı xəbərdarlıq: “Beh verməzdən əvvəl bunları yoxlayın”
Məsciddə qanunsuz yenidənqurma işləri: Xəbərdarlıq...
12:20 28.08.2026
Məsciddə qanunsuz yenidənqurma işləri: Xəbərdarlıq...
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
12:02 28.08.2026
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu