xari

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO

DÜNYA
10:41 25.02.2021
479
Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib. 

Yerli mətbuatdın verdiyi xəbərə görə, buna səbəb, generalın "İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ salması göstərilir. 

Belə ki, bundan əvvəl Nikol yerli mediayaya Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı "İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun "partlamaması” və ya "10 faiz partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş Prezident Serj Sarqsyanın "hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin "İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi. 

General-leytenant Xaçatryan isə öz növbəsində, jurnalistin "İskəndər” raketinin doğrudanmı 10 faiz partlaması ilə bağlı sualına istehza ilə cavab verib. "Əlbəttə mümkün deyil... Necə?... "İskəndər”?... Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”. 

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar. 
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:14 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"

14:33 19.04.2021

"Tottenham" Joze Mourinyonu qovdu

14:28 19.04.2021

Hadisədən Ebru Gündeşə sərt sözlər: "Heç kim namusumu ləkələyə bilməz"

14:26 19.04.2021

Hadrutda qənimət götürdükləri texnikaya Bakıda eksponat kimi baxdılar - FOTO