Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın korteji keçən yolda təxribat törədilib.
AZXEBER.COM Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Bir müddət əvvəl Paşinyanı müşayiət edən kortej "Nikol, satqın!” şüarı ilə qarşılanıb. Daha doğrusu yol qırağında dayanıb kortejə baxan vətəndaşlardan biri elə polislərin yanındaca qışqırmağa başlayıb. Bu da ilk baxışdan ciddi təxribat kimi qəbul olunub. Lakin şüarlar səsləndirən həmin vətəndaşa qarşı güc tətbiq edilməyib. O saxlanılaraq polis bölməsinə aparılıb", - saytlar yazıb.