Paşinyanın oğluna "Atana salam verərsən" deyib şillə vurdular

Paşinyanın oğluna "Atana salam verərsən" deyib şillə vurdular
DÜNYA
09:37 07.06.2023
209
Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu - red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.

"Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota "Atana salam verərsən" deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub", - o yazıb.

Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:

"Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar".

Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.
OXŞAR XƏBƏRLƏR