Paşinyanın oğlunu oğurlamaq istədilər

Paşinyanın oğlunu oğurlamaq istədilər
DÜNYA
16:45 17.05.2023
225
Mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd olunub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, A.Paşinyanı oğurlamaq istəyənlər "Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir.

Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb.

Bu zaman həmin avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb.
Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.
OXŞAR XƏBƏRLƏR