Paşinyanın tərəfdarları müxalifəti Qarabağdakı sülhməramlılara qarşı çıxmağa çağırdılar

Paşinyanın tərəfdarları müxalifəti Qarabağdakı sülhməramlılara qarşı çıxmağa çağırdılar
DÜNYA
14:16 12.11.2020
624

Ermənistanda hakim parlament fraksiyası "Mənim addımım” müxalifəti Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

"İnterfax” xəbər verir ki, fraksiya müxalifəti Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşməsinə qarşı çıxmağa çağırıb:

"Qarabağ Müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etməzdən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını, Rusiya sülhməramlılarının münaqişə zonasından çəkilməsinə dəstək verdiklərini və müharibəni davam etdirməyə razı olduqlarını bildirmələrini təklif edirik”.

Fraksiya hesab edir ki, müxalifət qüvvələri də "yeni bir müharibədə qələbə qazanmaq üçün yol xəritəsi” təqdim etməyə borcludurlar.

OXŞAR XƏBƏRLƏR