"Paşinyanın Zəngəzurla bağlı açıqlaması qeyri-ciddi və xəstə təxəyüllü bir sayıqlamadır" - AÇIQLAMA

"Paşinyanın Zəngəzurla bağlı açıqlaması qeyri-ciddi və xəstə təxəyüllü bir sayıqlamadır" - AÇIQLAMA
SOSİAL
13:49 25.11.2021
637
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsi zamanı "Zəngəzur dəhlizi, Şərqi Zəngəzur nə deməkdir? Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir” kimi ifadələr səsləndirib. Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü zamanı Zəngəzur dəhlizi haqqında danışıqların olmayacağını da bildirib.

Bəs Paşinyan bu cür açıqlamaları Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün həlledici işləri görməkdədir:

"Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər müxtəlif ünvanlarda çıxışları zamanı kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin yaradılması barədə ziddiyətli açıqlamalar verib, lakin Azərbaycanın haqlı həmlələri qarşısında geri çəkilərək kommunikasiyaların bərpasına razı olduqlarını bildirib. Bir neçə gün əvvəl rəşadətli Azərbaycan Ordusunun dövlət sərhədində təxribat törədən erməni hərbçilərinə layiqli dərs verməsindən və mühüm postlara sahib olmasından sonra yalvarışlar edən Paşinyan Zəngəzur dəhlizinin açılması ilə yanaşı, sülh sazişini imzalamağa hazır olduğunu bildirdi. İndi onun yenidən şübhəli açıqlamalarla çıxış etməsi qeyri-ciddi və xəstə təxəyüllü bir hökumət başçısının sayıqlamalarından başqa bir şey deyil”.
 
Millət vəkilinin fikrincə, ötən ay Azərbaycan və Türkiyə Prezidentlərini iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyması ilə Zəngəzur dəhlizinin açılması da həlledici mərhələyə qədəm qoydu:
 
"Zəngəzur dəhlizinin faktiki olaraq ilk qapısı hazır vəziyyətə gətirilib. Ona görə də, Paşinyanın dediklərinin heç bir əhəmiyyəti yoxdur, dəhlizin və kommunikasiyaların açılması ilə bağlı 10 noyabr sazişində nəzərdə tutulmuş şərtlərin həyata keçirilməsi qarşısıalınmaz bir prosesə çevrilib və heç kim buna mane ola bilməz. N.Paşinyan öz ölkəsində yaranmış siyasi gərginliklər fonunda bu cür açıqlamalr verməklə auditoriyanı öz üzərindəki yükdən azad etmək məqsədilə belə manipulyasiyalar edir. Onun digər açıqlamalarına isə diqqər etdikdə, dəhlizin açılmasına razılıq verməkdən başqa çarəsi olmayacağı nüanslarını da açıq şəkildə görmək mümkündür".

A.Hüseynov onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması ən çox Ermənistan və Paşinyan hökuməti üçün faydalı ola bilər:
 

"Bu dəhliz regionun siyasi və iqtisadi xəritəsini dəyişən mühüm vasitə ola bilər. Belə ki, bölgədəki çoxşaxəli magistral yolların yaradılması sayəsində Ermənistanın hər istiqamətlərə yolu açılacaq. Xüsusilə də Ermənistannı bölgənin ən inkişaf etmiş nəhəng ölkəsi olan Türkiyəyə qapısı açılmış olur. Bu isə ermənilərin qaranlıq dalandan çıxması, iqtisadi proseslərə qoşulması və inkişafa doğru addım atması deməkdir. Eləcə də, İran, Gürcüstan da daxil olmaqla Azərbaycanın bütün qonşuları bu perspektiv dividentlərdən istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Yəni, Zəngəzur dəhlizi dostluq və faydalı birgə əməkdaşlıq qapısı olmaqla bütün iştirakçıların , o cümlədən də Ermənistanın gələcəyinə işıq yandırır. Ona görə də, hər bir ölkə xoş niyyətlə, heç bir iddia olmadan, yalnız sülhə və geniş əməkdaşlığa töhfə verə biləcək iradə nümayiş etdirməklə bu trans-kommunikasiya ailəsinin üzvünə çevrilə bilər. Xüsusilə də, Ermənistan belə bir fürsəti qaçırmamalıdır. Əks halda onun üçün yeni fəlakət dalğası başlayacaq”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb