Paşinyanla Kobaxidzenin telefon danışığı oldu

Paşinyanla Kobaxidzenin telefon danışığı oldu
DÜNYA
20:57 11.08.2025
152
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ermənistanlı həmkarı Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb.

Paşinyan 8 avqustda ABŞ-də keçirilən danışıqların nəticələrini həmkarına təqdim edib və Vaşinqtonda əldə olunan razılaşmalara göstərdiyi açıq dəstəyə görə İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.

Tərəflər qeyd ediblər ki, İrəvan və Bakı arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır.
 
/report
OXŞAR XƏBƏRLƏR