Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Onlar həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.