"190 manatın verilməsində VÖEN əsas önəm daşımır".
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Sahib Ələkbərov bir müddətdir müzakirə mövzusu olan məsələyə aydınlıq gətirib.
"VÖEN bir nömrədir. Mən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ilə görüşdüm. Bu məsələni müzakirə etdik"- deyə Sahib Ələkbərov qeyd edib.
S.Ələkbərov söyləyib ki, bu mövzuda fikir ayrılığı yaranmamalıdır: "Problem müvafiq qurumlar tərəfindən həll edilməlidir. Passiv VÖEN-ə görə yardımın verilməməsinin hüquqi əsası yoxdur".