Patriarx II İliya ilə vida mərasimi keçirilir - Fotolar

Patriarx II İliya ilə vida mərasimi keçirilir - Fotolar
DÜNYA
12:22 22.03.2026
239
Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.

AZXEBER.COM "Sputnik Georgia”ya istinadla xəbər verir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə şəxs səhər saatlarından mərkəzi küçələrə toplanıb.

Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. 

Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.

Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.

Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR