Pavel Durov azadlığa buraxıldı

DÜNYA
09:12 29.08.2024
173
Fransada istintaq hakimi "Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Bu barədə AFP məlumat verib.

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.
OXŞAR XƏBƏRLƏR