Paxlava qutularından 2 milyondan çox narkotik çıxdı

Paxlava qutularından 2 milyondan çox narkotik çıxdı
DÜNYA
20:33 14.08.2023
264
Səudiyyə Ərəbistanının Ciddə Limanı İslam Gömrük məntəqəsində paxlava qutularına gizlədilmiş 2 milyondan narkotik vasitə ələ keçirilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ciddə Gömrük İdarəsinin verdiyi açıqlamada, paxlavaların altına gizlədilən plastik torbaların içərisində  2 milyon 242 min 560 narkotik həb aşkar edilib.

Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükün alıcısı tutulub.

Yükün haradan gəldiyi və tutulan 2 nəfər barədə məlumat verilməyib.

Gömrük idarəsi açıqlamasında ölkə iqtisadiyyatının və cəmiyyətinin qorunması üçün hər kəsi qaçaqmalçılıqla mübarizəyə dəstək olmağa çağırıb.
 
Belə hallarda müraciət edə biləcəkləri telefon nömrəsini və elektron poçt ünvanı paylaşılıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR