Payız depressiyasından necə qurtulmalı? - QIZLAR ÜÇÜN

Payız depressiyasından necə qurtulmalı? - QIZLAR ÜÇÜN
SAĞLAMLIQ
14:16 18.11.2012
4475
Payız depressiyası və əsl depressiya tam müxtəlif vəziyyətlərdir. Depressiya - xəstəlikdir, psixi pozuntudur. Payız depressiyası - xəstəlik deyil, sadəcə psixi qərarsızlıq vəziyyətidir, ərval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssizlik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur. "Aysel" jurnalının məlumatına görə, depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlər və yeknəsəq iş günləridir və bunların insanın əhvalına təsiri böyükdür.Statistikaya görə, depressiya planetin hər beş sakinindən birində özünü büruzə verir. Bu, heç də təəccüblü deyil: havaların getdikcə soyuması, tutqun və yağışlı olması, günəşli günlərin qısalması və payızın digər atributları istənilən insanın əhval-ruhiyyəsini korlaya bilər. Amma belə xoşagəlməz təsirə təslim olmağınıza dəyməz, axı bu, təbii prosesdir. Odur ki, həyatın bu üzünü də şevinclə yaşamaq lazımdır!1. Günəşli günlərinizi çoxaldın!Unutmaq olmaz ki, günəş bizi enerji ilə qidalandırır, odur ki, onu az hiss edəndə özümüzü süst və gücdən düşmüş hiss edirik. Bundan qaçmaq üçün günəşli günlərinizi çoxaldın. Bunun üçün lazımdır:- gün çıxanda yuxudan oyanmaq - əlbəttə ki, bu, ideal hal olardı. Axı günəşlə eyni vaxtda oyanmaqla bərabər ondan daha böyük enerji ala bilərik.- gün çıxana qədər gəzintilərə çıxmaq - işə piyada gedir, nahar fasiləsi zamanı küçəyə çıxır, istirahət günləri çalışıb evdə qalmamaq.- ev, iş və təhsil aldığınız yerdə özünü işıqla əhatə etmək - pəncərələri açmaq, işıqlandırmaya qənaət etməmək.2. Doyunca yatın!Əgər payız qüssəsinə qalib gəlmək istəyirsinizsə, doyunca yatın. Həmçinin yatmazdən əvvəl otağın havasını dəyişməyi, çox yeməməyi də unutmayın. İstirahət günləri, eləcə də gündüz yatmaq daha yaxşı olar. Saat 16-ya qədər yatmaq isə faydalı gündüz yuxusu hesab edilir. Yata bilməyəndə lavanda ilə vanna qəbul etmək, yaxud əvvəlcədən içinə bal qatılan bir stəkan ilıq süd içmək olar.3. Düzgün və mükəmməl qidalanın!Düzgün qidalanma - sağlamlığın rəhni və özünü əla hiss etmək deməkdir.- Təzə meyvə və tərəvəzlər çox yeyin, payız fəslində bunlar bol olur.- Süd məhsullarını da unutmayın - əvəzolunmaz zülallar və lazımlı kalsium məhz bu məhsullarda çox toplanıb.- Xörəkləri buğ, yaxud da qrildə hazırlayın, belə xörəklər üçün onlarla resept var. Şirin və un xörəklərinə çox meyl etməyin. Onlar ləzzətli olsa da, hər halda çox fayda gətirmir.- Vitaminlər için - orqanizminizin divarlarına bir neçə kərpic də əlavə edin.4. Özünüzə hobbi tapın!Bəzən payız melanxoliyası məhz insan özünə məşğuliyyət tapa bilməyəndə baş verir. Odur ki, sadəcə, könlünüzə yatan maraqlı məşğuliyyət tapmağınız yaxşı olar, bu sizə ən azı, məmnunluq gətirir.- Xarici dil öyrənməklə məşğul olun.- Kulinariya şedevrləri yaradın, başqa ölkələrin kulinariyası ilə tanış olun.- Müəyyən treninqə üzv yazılın, bu sizə çoxdan arzuladıqlarınızı çatmağa kömək edər.- Nağıl, şeir, hekayə, ya da nə isə yazmağa çalışın - bununla özünüzdə əvvəllər sezmədiyiniz meylləri aşkar edərsiniz.- Rəsm, yapma, yaxud başqa bədii təsvir növləri ilə məşğul olun.- Toxumaq və naxış tikməyi bacarmırsınız - öyrənmək heç vaxt gec deyil. Onsuz da naxışlı geyimlər həmişə dəbdədir.Bir sözlə özünüzdə görmədiyiniz keyfiyyətləri aşkara çıxarın!5. Şəraiti dəyişin!Mənzilinizdə dəyişikliklər edin. Təmir və ya kiçik, amma əsas - məsələn, mebelin yerini dəyişmək, pəncərə pərdəsini, yataq dəstini başqası ilə əvəz etmək, yeni gülqabı almaq kimi yeniliklər edin.6. Aşiq olun!Müstəqil və cəlbedici olub yeni məhəbbət yetirsəniz, payız depressiyası bir anda yox olar. Bir fincan ləzzətli kofe ilə rahat atmosferdə ikilikdə oturub çox əziz və həm də tamamilə mənasız nə barədəsə söhbət etmək əladır! Payızda «tapılan» kişi - qorxusuzluğun (qışın soyuğuna qarşı) təminatçısıdır. Bir də ki, o sizi qucağı və sevgisiylə qızdırdığı halda nə soyuq? Əgər ərdəsinizsə və ya ciddi münasibətləriniz varsa, duyğularınızı təzələyin. Sevimlinizin qayğısına qalın, ona kiçik hədiyyələr bağışlayın, diqqət göstərin, dəstək olun - belə atmosfer təkcə payız depressiyasından qurtulmağa kömək etmir, həm də külli miqdarda müsbət emosiyalar yetirir və xoşbəxt məhəbbət ilə yükləyir.7. Yaxın adamlarınızla ünsiyyət saxlayın!Siz qohumlara və tanışlara ehtiyac duyduğunuz kimi, onlara da siz lazımsınız. Yaxın insanlarla ünsiyyət əhval-ruhiyyəni yüksəldir, müxtəlif problemləri həll etməyə kömək edir. Ailənizi sevindirin - onlara pis havada gərək olan kiçik hədiyyələr bağışlayın, müəyyən arzularını yerinə yetirin, konsertə, teatra dəvət edin. Dostlarınızı isə şirniyyatla çay süfrəsinə dəvət etmək olar. Belə şəraitdə qüssə çəkmək olarmı?8. Bədən quruluşunuzun gözəlliyi haqqında unutmayın!İdman stresi yatırır, yəni stress hormonlarında adrenalinin parçalanmasını sürətləndirir. İdmanla məşğul olduqdan sonra beynin qanla təchiz olunması yüksəlir, bu isə mənimsəməni, yadda saxlamaq qabiliyyətini, əsas məqamlarda fikrini cəmləşdirməyı artırır. İntensiv məşqlər, o cümlədən səhərlər qaçmaq sevinc hormonu - endorfin ifraz olunmasına imkan yaradır. Təsirləri: əvvəl sevinc, sonda isə dinclik və sakitlik hissi.9. Yaxşı əhval-ruhiyyədə qalmağı səmimi-qəlbdən arzu edin!Bizim düşüncələrimiz maddidir - biz ətraf aləmə təsir edirik, o isə yox. Süstlük, fəaliyyətsizlik hisslərinə təslim olub-olmamaq isə sizdən asılıdır. Hər şeydə, hər kəsdə müsbət cəhət tapın, xeyirxah olun, tez-tez gülümsəyin. Heç olmasa hərdən özünüzü ürəkdən sevinməyə vadar edir, sanki işdən istirahətə çıxmısınız, yaxud evinizə məzəli evdovşanı gətirmisiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
20:49 22.09.2026
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
20:47 22.09.2026
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
20:33 22.09.2026
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
20:30 22.09.2026
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
20:18 22.09.2026
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
20:00 22.09.2026
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
19:58 22.09.2026
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
19:55 22.09.2026
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
19:46 22.09.2026
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
19:28 22.09.2026
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
19:12 22.09.2026
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
18:56 22.09.2026
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
18:40 22.09.2026
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
18:29 22.09.2026
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
18:10 22.09.2026
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB
17:51 22.09.2026
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB