Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemişin mövsümünün də axır günləridir deyə bilərik. Yemişin qiyməti isə daha yüksəkdir.
Bazarda mövsümü yeni başlayan meyvələrdən biri üzümdür. Kiloqramı 2 manat 50 qəpikdir.
15 ildir bazarda şaftalı satışı ilə məşğul olan Yusif Əliyev deyir ki, ötən illərlə müqayisədə qiymət bu il daha yüksəkdir.
Bildirildi ki, fəslin sonunda qışa hazırlıqla əlaqədar tərəvəzlərə tələbat çoxdur. Pomidorun qiyməti isə fərqlidir.
Xiyarın kilosu isə 1 manat 50 qəpikdir.
Alıcılar isə qiymətlərin yüksək olmasından gileylənirlər.
Satıcılar bəzi məhsulların qarşıdakı günlərdə və ayın sonuna yaxın daha da bahalaşa biləcəyini deyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.











































