Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı
SOSİAL
11:21 27.01.2026
276
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların birindən 5400 manat dəyərində kənd təsərrüfatı məhsulu talanıb.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı İ.Sahibcanov və 35 yaşlı H.Yusibov müəyyən edilərək saxlanılıblar. 

Nəsimi rayonunda mağazaların birindən mobil telefon oğurlayan 47 yaşlı A.Qurbanov, Sumqayıtda isə marketlərin birindən 250 manat oğurlamaqda şübhəli bilinən N.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR