Paytaxtda ağac aşdı, yol bağlandı

Paytaxtda ağac aşdı, yol bağlandı
SOSİAL
08:55 06.04.2026
243
Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.

Bildirilib ki, küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.

Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.
OXŞAR XƏBƏRLƏR