Paytaxtda ağır yol qəzası — 2 ölü, 5 yaralı

Paytaxtda ağır yol qəzası — 2 ölü, 5 yaralı
SOSİAL
09:58 07.11.2017
782
Bakıda ağır yol qəzası baş verib.
 
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb. Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107” markalı maşınla toqquşub.
 
Qəza nəticəsində "VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
 
Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR