Paytaxtda keçmiş məhkum ofisdən pul oğurladı

Paytaxtda keçmiş məhkum ofisdən pul oğurladı
SOSİAL
14:28 19.06.2024
158
Bakıda ofislərin birindən 2886 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR