Paytaxtda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib
SOSİAL
22:13 24.02.2018
2639

Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.

OXŞAR XƏBƏRLƏR