Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı

Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı
KRİMİNAL
17:05 12.01.2026
462
Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayonun A.M.Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs ora daxil olub ev sahibinin 147 manatını talayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı M.Əzimov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR