Paytaxtda təmir sexindən maşın qaçıran şəxs tutuldu

Paytaxtda təmir sexindən maşın qaçıran şəxs tutuldu
SOSİAL
19:06 13.01.2023
149
Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından "Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR