Paytaxtda zəncirvarı qəza: Xəsarət alan var

Paytaxtda zəncirvarı qəza: Xəsarət alan var
SOSİAL
10:00 13.05.2017
7474

 

Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alan var.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Bülbül prospekti ilə hərəkət edən "Lada Priora” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil Bəşir Səfəroğlu ilə küçənin kəsişməsində yol kənarında dayanan BMW, "Lexus”, o cümlədən hərəkətdə olan "Chevrolet” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində "Lada Priora” deformasiyaya uğrayıb, onun sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.

///report

 

 
 
 

OXŞAR XƏBƏRLƏR