Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq

Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq
SOSİAL
17:49 15.01.2025
210
3 qəsəbənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 16.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR