Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
SOSİAL
22:49 31.03.2026
103
Aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR