Paytaxtda, Dağüstü parkın yaxınlığında qar səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyətlər yarandığı iddia edilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Məlumata görə, üzü Səbail rayonu istiqamətində yol olduqca sürüşkəndir. Bu səbəbdən də sürücülər maşını saxlayıb gözləməyə başlayıblar.
O da qeyd edilir ki, yolun aşağı istiqamətlərində qəzalar baş verib və ərazi qardan təmizlənmir.
Həmin videonu təqdim edirik: