Yeni mənzil alarkən yaxşı ev tapmaq qədər, yaxşı ərazidə ev tapmaq da vacibdir. Metroya, əsas yollara, məktəbə və gündəlik lazım olan yerlərə yaxınlıq sonradan həyatın rahatlığını birbaşa hiss etdirir. "City Garden Narimanov”bu üstünlükləri geniş yaşayış imkanları ilə birləşdirir.
Nərimanovda, Heydər Əliyev prospektinə və "N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşən "City Garden Narimanov” müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim edir. Kompleksdə studiya, 2, 3 və 4 otaqlı mənzillər, həmçinin müxtəlif sahələrdə və şəxsi bağçalı mənzil variantları mövcuddur.
Mənzillər premium təmirli, kommunal xidmətlərlə təchiz
olunmuş formada təhvil verilir. Təmir zamanı uzun illər istifadə üçün seçilən
Avropa brendlərinin məhsullarından istifadə olunur. Almaniya istehsalı "HARO”parketləri, İtaliyanın "GEWISS” elektrik açarları və "Prysmian”yanmayan kabelləri, "Zambaiti Parati” divar kağızları, Almaniyanın "GROHE”hamam aksesuarları və İtaliyanın "Infinity” keramoqranitləri mənzillərdə
istifadə olunur.
Kompleksin üstünlüyü mənzillərin özü ilə bitmir. 17,4 hektar yaşıllıq ərazisi olan "City Garden Narimanov”da yeni açılacaq mall, fitness mərkəzi və sentyabrda fəaliyyətə başlayacaq "LANDAU" School kimi imkanlar da nəzərdə tutulub. Beləliklə, sakinlər üçün alış-verişdən təhsilə və istirahətə qədər bir sıra gündəlik ehtiyacları yaşayış məkanına yaxın həll etmək mümkün olacaq.
Bütün bunlarla yanaşı, layihədə tətbiq olunan tikinti
həlləri də yaşayış komfortu nəzərə alınaraq hazırlanıb. Panel sistemi, beton
pərdə sistemi, tava tipli bütöv təməl və 12 metrədək dərinliyə enən beton
ayaqlarla gücləndirilmiş konstruksiya layihənin əsas texniki xüsusiyyətləri
sırasındadır. Daxili arakəsmələr isə zavod şəraitində hazırlanan izolyasiyalı
panel konstruksiyaları ilə qurulur.
Layihədə mənzil sahibi olmaq üçün 20 ilədək ipoteka və ya 36 ayadək daxili kredit imkanları təqdim olunur. Bundan əlavə, "Evini hissə-hissə al” modeli ilə mənzilin kvadratmetrini faizsiz və aylıq öhdəliksiz şəkildə mərhələli almaq mümkündür. Nərimanovda investisiya etmək istəyənlər bu seçimə nəzər yetirə bilər.
"City Garden Narimanov”da mövcud mənzil seçimləri və satış
şərtləri haqqında ətraflı məlumat üçün *1544 nömrəsi ilə əlaqə saxlaya və ya
satış ofisinə müraciət edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi










































