Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Paytaxtın bu rayonlarında işıq kəsiləcək
SOSİAL
22:48 01.07.2026
490
Paytaxtın Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR