İnsan alveri, çoxsaylı zorlama və pedofiliyada ittiham olunan dünyaca məşhur reper P.Diddinin məhkəməsi başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin ilk günündə striptizçi və eskort kimi işləyən 41 yaşlı Daniel Philippe dindirilib.
O, Diddinin müntəzəm olaraq intim məqsədlər üçün istifadə edilən çoxlu sayda körpə yağı şüşələri saxladığını, Diddinin onu reperin keçmiş sevgilisi Kessi Ventura ilə 6 dəfə cinsi əlaqəyə girməyə məcbur etdiyini, həmçinin müğənninin bunu videoya çəkdiyini təsdiq edib.
Daniel həmçinin Kessinin döyüldüyünün şahidi olduğunu, P.Diddinin köməkçisini də zorladığını və bir işçini qaçırdığını iddia edib.
Aysel