"Pearl Harbora" faciəsi - 80 ildən sonra yanğınsöndürən cəsədi tapıldı

MARAQLI
04:56 10.12.2021
554
7 dekabr 1941-ci ildə ABŞ donanmasına aid batan Oklahoma gəmisində həyatını itirənlərin nəşləri hələ də axtarılır.

AZXEBER.COM "Haber Global”a istinadən xəbər verir ki, onlardan birinin qalıqları tapılıb.

Qalıqlardan Lui Tuşlanın kimliyi müəyyən edilib, qalan 33 nəfərlə bağlı heç bir ümidin olmadığı bildirilir.

Birinci dərəcəli yanğın söndürən olan Lui Tuşlanın nəşi 80 il sonra evinə gətirilib. Onu küçələrdə hərbi salamlarla qarşılayıblar.

Qeyd edək ki, 7 dekabr 1941-ci ildə Sakit okeanda İkinci Dünya Müharibəsinin həlledici qırılma anlarından biri olan "Pearl Harbora” hücumu ilə Yaponiya gözlənilmədən ABŞ-ı vurub. Hücumda ümumilikdə 68-i mülki olmaqla 2403 ABŞ vətəndaşı həyatını itirib.
 

 


OXŞAR XƏBƏRLƏR