Pedro Enrike: "Azərbaycan çempionatında azarkeşlər stadiona gəlmirlər"

Pedro Enrike: "Azərbaycan çempionatında azarkeşlər stadiona gəlmirlər"
İDMAN
14:52 01.12.2017
1111

"Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.

 

AZXEBER.COM həmin müsahibəni təqdim edir:

 

5 ildir ki, Braziliyadan kənardasınız. Bir oyunçu kimi böyümüsünüz?

- Avropaya çox erkən getdim və əlimə belə fürsət düşdüyü üçün xoşbəxtəm. Çünki bu amil mənə yalnız meydanda deyil, futboldan kənarda da çox şeylər öyrətdi. Belə bir imkanda peşəkarlıq daha yüksək səviyyəyə gəlir.

 

Avropa futbolundakı fərqlər hansılardır?

- Braziliyadan erkən ayrıldığım üçün burada yüksək səviyyədə çıxış etmədim. Braziliyada Seria C-də oynadım. Avropa futbolunda hər şey fərqlidir. Peşəkarlıq çox yüksəkdir. Amma Braziliyada da futbol yaxşı yoldadır. Bizim oyunçular təkamül edirlər.

 

"Qarabağ”ın Çempionlar Liqasında ilk qolunu vurdunuz. Buna görə özünüzü xüsusi hiss edirsiz?

- Komandamın qol vurması, xüsusi məqsəd idi. İlk dəfə oynadığımı Çempionlar Liqasında fərqlənməli idik. Təəssüf ki, qələbə qazana biləcəyimiz oyunu uduzduq. Stadionda demək olar ki, 70 min adam var idi. Qol vurduğum üçün də özümü xüsusi hiss edirəm. Bu anı heç vaxt unutmayacağam.

 

"Qarabağ” son illərdə planetin ən güclülərindən olan Madrid "Atletiko”suna qarşı layiqli oyun göstərdi. Bu performansın sirri nədir?

- ÇL-də oynadığımız ən yaxşı iki oyun idi. "Atletiko” nəticələrə görə təzyiq göstərir, qalib gəlmək istəyirdi. Biz də onların daha çox təzyiq etmək istəməsindən istifadə etdik. Oyunu balanslaşdırdıq. Hər iki oyundan qalib ayrıla bilərdik. Ən çox da səfərdəki matçda hesabı 2:0 etmək şansımız var idi. O qolu vursaydıq, hər şey bitəcəkdi. Lakin ikinci hissədə uzaqdan zərbə ilə fantastik qol vurdular. Yalnız ikinci hissəni rəqibin aktivina yazmaq olar. Fikrimcə, haqsız yerə mənə qırmızı vərəqə verdilər. Çünki o epizodda top yaxın idim və Qodin uçaraq başla topa vurmaq istədi. Çempionlar Liqasında ən yaxşı oyunum idi.  Sadəcə özümü indi günahkar hiss edirəm. Qırmızı vərəqə almasaydım, ikinci qolu vursaydıq, hər şey möhtəşəm olacaqdı. UEFA da qırmızı vərəqəyə görə mənə 2 oyunluq cəza verdi. Qrup mərhələsini erkən bitirdim. Amma 4 oyuna görə çox xoşbəxtəm. İlk dəfə böyük komandalara qarşı, böyük atmosferdə əla futbol oynadıq. Unutmayacağım günlərdir.

 

İnanırsınızmı ki, növbəti mövsümdə "Qarabağ” yenə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq?

- Niyə olmasın? Son 4 və ya 5 il ərzində "Qarabağ” Azərbaycanda çox üstünlük qazanıb. Demək olar ki, bütün kubokları əldə edir. Çempionlar Liqasına düşmək üçün 3 mərhələ keçmək lazımdır. Klub bundan əvvəlki 3 ildə Avropa liqasının qrup məırhələsində oynayıb. Düzgün qurulan struktur komandanın uğurudur. Komandanın təlim mərkəzi, oteli, bazası var. Məncə, getdikcə daha yüksək komanda olacaq.

 

Digər komandalara transfer olunmaq ehtimalı var?

- Mənim 2020-ci ildə qədər PAOK-la müqaviləm var. İcarə əsasında 2018-ci ilin mayına qədər "Qarabağ”da çıxış edəcəm. Amma bundan sonra mənim transfer hüququma sahib olan PAOK-a dönəcəm.

 

Azərbaycan çempionatı necədir?

- Legionerlərlə dolu bir çempionatdır. Hətta kiçik komandalarda da xeyli sayda əcnəbi var. Mən bir neçə oyun keçirdim. Çünki baş məşqçi güclü heyəti daha çox Çempionlar Liqası üçün qoruyurdu. Liqada oynamaq imkanım çox az olsa da, bir neçə dəfə meydanda oldum. Burada daha çox texniki futbol oynayırlar. Xeyli argentinalılar və braziliyalılar yaxşı çıxış edir. Bir çox stadionlar sintetik ot örtüyünə malikdir. Azərbaycan çempionatında azarkeşlər stadiona gəlmirlər. Amma burada oynamaq xoşdur.

 

Azarkeşlərin gəlməməsinə səbəb nədi? 

- İki fərqli vəziyyət var. Biz Çempionlar Liqasında oynayanda Bakı Olimpiya stadionuna 70 min adam toplaşır. Çünki digər komandaların azarkeşləri də "Qarabağ”ı dəstəkləməyə gəlir. Böyük bir arenada çıxış edirik. Azərbaycan çempionatının oyunları isə daha kiçik arenalarda keçirilir. Düzdür, bizim müasir stadionumuz var, amma kiçikdir. Orada cəmi 3-4 min tərəfdar toplaşır. Lakin hamısı dəyərlidir. Fanatların çoxu futbol ehtirası olan gənclərdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı