Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib

Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib
DÜNYA
09:11 04.08.2025
160
Güclü yağış gözləntiləri ilə əlaqədar Çinin paytaxtı Pekin şəhərinin rəsmi qurumları şəhərin beş rayonunda ən yüksək səviyyəli xəbərdarlıq rejimi tətbiq edib.

Bu barədə Çin Xalq Respublikasının Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Güclü yağışların avqustun 4-dən etibarən şəhərə yağacağı və avqustun 7-nə qədər davam edəcəyi gözlənilir.

İyulun 29-da "Ming Pao” qəzeti Pekində leysan yağışlar səbəbindən 80 min insanın təxliyə edildiyini yazıb. O əlavə edib ki, su basmış ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

/report
OXŞAR XƏBƏRLƏR