Pekkan bacısı üçün Bakı konsertindən imtina edib

Pekkan bacısı üçün Bakı konsertindən imtina edib
MAQAZİN
12:49 06.01.2026
98
Türkiyənin super ulduzu Ajda Pekkan Yeni il gecəsi üçün ona Bakıdan gələn konsert təklifini rədd edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bayram gecəsi səhnədə çıxış etmək əvəzinə, günü xərçəngdən əziyyət çəkən bacısı Semiramis Pekkanla keçirməyi seçib.
 
Bakı, Kipr və Ankarada üç ayrı çıxışdan qazanacağı 20 milyon lirəni rədd edən Pekkan, 2026-cı ilin gəlişini Bodrumdakı evində bacısı Semiramis ilə birlikdə qeyd edib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR