“Səbirsizliklə gözləyirəm...”.
Dünya futbolunun əfsanəsi Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfər edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə telegraph.co.uk əfsanə futbolçunun nümayəndəsi Pola Kemsliyə istinadən xəbər yayıb.
Kemslinin sözlərinə görə, futbol kralı tezliklə sağlamlığı ilə bağlı problemləri aradan qaldıracaq, o, qarşıdakı bayramları ailəsi ilə keçirəcək. Yeni ilin əvvəlində isə futbolçu dünyada bir sıra ölkələri, o cümlədən Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edəcək.
Amerika mətbuatı həmçinin Pelenin özündən sitat gətirir: “Qarşıdakı bayramları ailəmlə keçirəcəyim günləri səbirsizliklə gözləyirəm və yeni il bərpa olunmuş səhhətimlə, çoxsaylı xarici səfərlərdən başlayacam”.