Pele əməliyyat olundu

Pele əməliyyat olundu
İDMAN
22:53 06.09.2021
1055
Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə özünün feysbukdakı səhifəsində yazıb.

Keçmiş futbolçu qeyd edib ki, cərrahi əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub.

"Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi", - deyə Pele yazıb. O, gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

Pele bir neçə gün əvvəl müayinə olunması üçün San-Pauludakı özəl klinikaya yerləşdirilib. Onun nümayəndələri 80 yaşlı "futbol kralı"nın sağlamlığında problemlərin aşkarlandığını bildiriblər. Lakin onlar söhbətin hansı problemlərdən getdiyini açıqlamayıblar.
OXŞAR XƏBƏRLƏR