Braziliyalı “futbol kralı” Pele Argentinanın dahi oyunçularının “bostanına daş atmaqda” davam edir.71 yaşlı veteran hücumçu indi də “Barselona”nın və Argentina yığmasının lideri Lionel Messiyə sataşıb. Pele Messini dahi futbolçu hesab etmir. Onun fikrincə, Lioneli dahi adlandırmaq hələ tezdir: “Bəli, o, “Barselona”da əla oynayır. Ancaq Messinin Argentina yığmasında oyununa baxın. İndi isə Zidan nümunəsini götürün. O, 15 il parladı, yığma ilə dünya çempionluğunu qazandı. Zidana qədər dahilər arasında Platini, Kroyff, Bekkenbauer də daxil idi. Onlar dahi futbolçulardır”.Qeyd edək ki, Pele bunadək əfsanəvi argüntinalı futboolçu Dieqo Maradonu dəfələrlə tənqid edib.