Pələng gənc qadına hücum edib.
AZXEBER.COM xəbər verir ki, sözügedən hadisə Çində baş verib.
Görüntülərdə sürücü ilə yer dəyişmək üçün avtomobildən düşən qadının bir müddət yolda gözlədiyi görülüb. Bu zaman meşəlikdən tullanan pələng qadına arxadan hücum edib.
Pələnglər arxadan tutduğu qadını meşəlik əraziyə çəkərək aparıblar, maşındakı insanlar isə bu hadisəni qıraqdan izləyiblər.
Digər tərəfdən dəhşətli hadisə saniyə-saniyə kameraya əks olunsa da, kamera bucağından kənarda meşəlik ərazidə nə baş verdiyi hələ məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Ayşən