Pələng sirkdə nümayiş zamanı təlimçiyə hücum etdi - VİDEO

Pələng sirkdə nümayiş zamanı təlimçiyə hücum etdi -  VİDEO
DÜNYA
15:06 11.12.2013
1523

İspaniya sirkində pələng təlimçisi Danni Qottani tamaşa zamanı ölümdən güclə qurtulub.

AZXEBER.COM NTV telekanalına istinadən xəbər verir ki, yırtıcının hücumu video lentə alınıb.Çıxış zamanı gözlənilmədən yırtıcı göstərişlərdən boyun qaçırmağa başlayıb. Ola bilsin ki, zalda olan parlaq işıltılar və ya səs-küy pələngi qəzəbləndirib. Qottaninin növbəti dəfə qamçı ilə yerə çırpması isə heyvanı özündən çıxarıb və o, təlimçinin üzərinə atılıb. Onu ölümün əlindən sirkin digər əməkdaşları xilas ediblər. Qottani ağır yaralarla xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti stabildir.

OXŞAR XƏBƏRLƏR