Pənah Hüseyn prezidentə müraciət edəcək

SİYASƏT
11:35 02.11.2015
1241

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Sabirabadda yaşayan qohumları rayon polis şöbəsinə aparılır.

Bu barədəPənah Hüseyn məlumat verib. O bildirib ki, qohumlarından polisə şikayətlər daxil olub.

Pənah Hüseyn əlavə edib ki, onun özünü də polisə çağırıblar.

Deputatlığa keçmiş namizəd onu da qeyd edib ki, qanunsuzluqlar, adıçəkilən dairədə olan seçki saxtakarlığı və qohumlarına təzyiq edilməsi ilə bağlı prezidentə müraciət edəcək.

Pənah Hüseyn 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd idi.

Rəsmi nəticələrə görə, o, rəqibi, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Elçin Quliyevə seçkini uduzub. (modern.az)

OXŞAR XƏBƏRLƏR