Penalti verilməyən anlar - VİDEO + FOTOLAR

İDMAN
18:40 07.11.2014
1474
"Qarabağ" "Dnepr"ə uduzaraq Avroliqanın qrupundan çıxmaq şansını çətinə salsa da oyunun baş hakimi Pavel Gil diqqət mərkəzinə düşüb.AZXEBER.COM-un məlumatına görə, baş hakim xüsusilə birinci hissədə iki mübahisəli epizodda qonaqların xeyrinə qərar verməklə qalmaqala səbəb olub.Qeyd edək ki, hər iki epizodda "Qarabağ"ın üzvləri rəqib cərimə meydançasında yıxılıblar. Pavel Gil isə hər iki halda davam işarəsi verib.Qarşılaşmadan sonra futbolçumuz Muarem Muarem mübahisəli epizodlar barədə azerisport-un müxbirinin sualını cavablandırıb. O bildirib ki, həmin epizodu yaxşı görmədiyini bildirib. "Mən ilk yarı fasiləsində referidən kobud qayda pozuntularını niyə qeydə alımadığını soruşdum. O mənə dediki epizodu yaxşı görməyib. Ola bilsin ki, orda penalti var idi. Onda mən ona xətt üzərində dayanan hakimi göstərərək ondan soruşmalı olduğunu bildirdim. Pavel Gil sözlərimə əhəmiyyət vermədi", - deyə Muarem Muarem bildirib.Xatırladaq ki, görüşün baş hakimi polşalı Pavel Gil olub. Ona Piotr Sadçukla və Marçin Borkovski köməklik edib. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirib.Videonun 20-ci və 1.07-ci saniyələrində mübahisəli epizodları izləyə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR