“Pəncə-Qılınc” əməliyyatında vurulan hədəflərin sayı açıqlandı – VİDEO

“Pəncə-Qılınc” əməliyyatında vurulan hədəflərin sayı açıqlandı – VİDEO
DÜNYA
16:49 20.11.2022
188
Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında Qəndil, Asos, Hakurk, Suriyanın şimalında isə Ərəb bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrində "Pəncə-Qılınc” əməliyyatının uğurla həyata keçirildiyini bildirib.

"İlk mərhələdə ölkəmizi, millətimizi və sərhəd təhlükəsizliyimizi təhdid edən terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları, qərargah və təlim düşərgələrindən ibarət olmaqla cəmi 89 hədəf məhv edilib və çox sayda terrorçu zərərsizləşdirilib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının idarəçiləri də var.
OXŞAR XƏBƏRLƏR