Rusiyanın Omsk vilayətində pendir zavodunun fəaliyyəti dayandırılıb.
Buna səbəb zavod işçilərinin istehsalat üçün nəzərdə tutulan süd çənində yoldaşlarından birinin ad gününü qeyd etmək üçün soyunub çimmələri və bu görüntülər olan fotoların sosial şəbəkədə yerləşdirilməsi olub.
AZXEBER.COM Rusiya KİV-lərinə istinadən xəbər verir ki, zavodda keçirilən növbədənkənar yoxlama zamanı sanitariya qaydalarının kütləvi şəkildə kobud pozulması hallarına rast gəlinib. Bununla əlaqədar olaraq “Torqovı dom “Sır” MMC-yə məxsus zavodun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Müəssisədə şəxsi gigiyena qaydalarına əməl olunmadığı və işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənədlərin olmadığı, sanitar qanunların ciddi şəkildə pozulduğu yoxlama komissiya tərəfindən müəyyən olunub.
Müəssisənin fəaliyyətinin inzibati qaydada dayandırılması üçün faktla bağlı sənədlər məhkəməyə təqdim olunub.

