Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir

Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
MARAQLI
01:06 23.10.2026
112
Mətbəxlərdə geniş istifadə edilən ətirli bitki - quru biberiyə (rozmarin) zəngin mineral və antioksidant tərkibi ilə diqqət çəkir. "Planeta" nəşrinin məlumatına görə, 100 qram quru biberiyədə təxminən 1280 mq kalsium var. Bu göstərici hətta bərk pendirlərdəki kalsium miqdarından daha yüksəkdir və sümük-diş sağlığı üçün böyük əhəmiyyət kəsb edir.

Biberiyenin zəngin qida dəyərini (100 qramda)

Kalsium: ~1280 mq (Sümük strukturlarını möhkəmləndirir)

Kalium: ~955 mq (Qan təzyiqi və əzələləri dəstəkləyir)

Maqnezium: ~220 mq (Əsəb sistemini rahatladır)

Dəmir: ~29.3 mq (Hemoqlobin istehsalını artırır)

Lif: ~42.6 q

Sağlamlığa əsas faydaları:

Antioksidant və iltihabəleyhinə: Tərkibindəki rozmarin və karnosik turşuları sərbəst radikallarla mübarizə aparır, iltihabı azaldır.

Həzm sisteminə dəstək: Qarın köpü və mədədəki dolğunluq hissini yüngülləşdirir.

Yaddaş və konsentrasiya: Biberiyə ətri və tərkibi yaddaşı gücləndirir, diqqəti toplamağa kömək edir.

Duz istifadəsini azaldır: Xörəklərə qatılan biberiyə güclü ətir verdiyi üçün yeməyə əlavə olunan duzun miqdarını azaltmağa imkan yaradır.

İstifadə qaydaları:

Yeməklərdə: Sobada bişən kartof, tərəvəz, ət, balıq, şorba və souslara əlavə edilə, həmçinin zeytun yağı və sarımsaqla birgə istifadə oluna bilər.

Çay kimi: 1 çay qaşığı quru biberiyənin üzərinə qaynar su tökərək 5-10 dəqiqə dəmləyib içmək olar.

Həddindən artıq qəbulu mədə narahatlıqlarına səbəb ola bilər.

Qatılaşdırılmış biberiyə efir yağını udmaq (ağızdan qəbul etmək) olmaz, zəhərlənmə verə bilər.

Hamilə və süd verən qadınlar yüksək dozada biberiyə və ya onun mənşəli əlavələrini qəbul edərkən ehtiyatlı olmalıdırlar.
 
///milli.az///
OXŞAR XƏBƏRLƏR