Penitensiar xidmətdə daha bir dəyişiklik - Yeni rəsi təyin edildi

Penitensiar xidmətdə daha bir dəyişiklik - Yeni rəsi təyin edildi
SOSİAL
11:32 30.11.2017
1440
Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

"Report”un məlumatına görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.

OXŞAR XƏBƏRLƏR