Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ

Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
SOSİAL
16:25 10.07.2025
1544

Qadınların pensiya yaşının artırılması nəticəsində dövlət büdcəsinə 720 milyon manata yaxın vəsait qənaət edildiyi bildirilir. Bu məbləğ, təxminən 300 min qadın pensiyaçının 6 ay gec pensiyaya çıxması hesabına formalaşıb. Mütəxəssislər hesab edirlər ki, əldə olunan vəsait pensiyaların artırılmasına yönəldilərsə, sosial ədalət balansı qismən də olsa qoruna bilər.

Bəs qənaət edilən bu vəsait pensiyaçıların aylıq ödənişlərinin artırılmasına yönəldilə bilərmi?

AZXEBER.COM xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, 300 min qadının minimum 400 manat təqaüd alması nəzərə alındıqda, 720 milyon manata yaxın vəsaitin qənaət olunması ortaya çıxır.

O qeyd edib ki, bu vəsait hazırda pensiya alanlar arasında bölünsə, onların aylıq təqaüdlərində 50–55 manatlıq artım müşahidə oluna bilər:

"Qənaət edilən həmin vəsaitin pensiyaçıların aylıq ödənişlərinə əlavə edilməsi məsələsinə gəlincə, hələlik konkret açıqlama və qərar olmadığı üçün bu, real deyil. Məncə, qənaət edilən vəsaitin birbaşa aylıqlara əlavə olunmasındansa, təyinatına uyğun şəkildə istifadəsi daha məqsədəuyğundur. Əgər belə bir qərar qəbul olunarsa, təqaüdlərə aylıq olaraq 50–55 manat əlavə oluna bilər. Amma real bazar mühitini nəzərə alsaq, qeyd etdiyim rəqəmlər inflyasiyanın və artan qiymətlərin qarşısında çox da effektiv deyil. Bu səbəbdən vəsaitin təyinatı üzrə istifadəsi daha uyğundur”.

İqtisadçı hesab edir ki, qənaət olunan vəsaitin dövriyyəyə buraxılması daha səmərəli ola bilər:

"Fikrimcə, bu vəsait səhiyyə sisteminin inkişafına, dərman və tibbi vasitələrin güzəştli və ya müəyyən həddə qədər pulsuz verilməsinə yönəldilsə, daha məqsədəuyğun olar. Çünki təqaüd alan şəxsin pensiyasına əlavə ediləcək həmin məbləğ onun nə kommunal, nə də səhiyyə xərclərini qarşılayacaq. Üstəlik, bu cür qərarların açıq şəkildə elan edilməsi bazarda süni qiymət artımına səbəb olur. Belə ki, cəmi 0,08 faizlik bir əlavə 30–40 faizədək süni qiymət artımına yol aça bilər. Ona görə də bu vəsaitin təyinatı üzrə istifadəsinin tərəfdarıyam”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı