Pensiya və müavinətlərlə bağlı mühüm məlumat

Pensiya və müavinətlərlə bağlı mühüm məlumat
İQTİSADİYYAT
13:08 27.03.2025
2376
Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
 
Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.
OXŞAR XƏBƏRLƏR