Pensiyaçılara şad xəbər - Bu tarixdə

Pensiyaçılara şad xəbər - Bu tarixdə
İQTİSADİYYAT
15:59 19.10.2026
371
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları 14 oktaybr tarixində ödənilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də oktyabrın 7-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Xatırladaq ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
OXŞAR XƏBƏRLƏR