Pensiyaçıların hesabına pul köçürüldü

Pensiyaçıların hesabına pul köçürüldü
18:35 18.03.2013
988
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılırdı.Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 milyon manat pensiyaçıların hesablarına köçürülüb. Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb.
OXŞAR XƏBƏRLƏR