Pensiyalar bu qədər artırıldı - SON RƏQƏMLƏR - VİDEO

Pensiyalar bu qədər artırıldı - SON RƏQƏMLƏR - VİDEO
SOSİAL
21:23 05.02.2024
996
Bu gün Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Həmin sərəncamla 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

AZXEBER.COM xəbər verir ki, tanınmış iqtisadçı alim, deputat Vüqar Bayramov bu artımın necə hesablanacağı, pensiyalarn hansı artımla veriləcəyi barədə açıqlama verib.

"Biz öncədən də, pensiyaların təxminən 11 faizə qədər artırılacağı ilə bağlı məlumat vermişdik. Dövlət Sosial Müdafiə Fondu tərəfindən ilkin gözlənti 10,8 faiz idi. Amma 2023-cü ilin ilk 11 ayında orta əmək haqqındakı artım 11,2 faiz olduğuna görə, ilin sonunda bu tendensiya qorunub saxlanıldı”, - deyə Millət vəkili bildirib.

Daha ətraflı videoda baxa bilərsiz.
 

OXŞAR XƏBƏRLƏR